Skip to content

Latest commit

 

History

History
230 lines (117 loc) · 16.3 KB

azeri.md

File metadata and controls

230 lines (117 loc) · 16.3 KB

BBC News Azərbaycanca

"Trump Putin kimi düşünür": Liberal dünya nizamının sonumu gəlir?

5 mart 2025, çərşənbə/07:51:49

Donald Trump Moskva ilə münasibətləri bərpa edir və onu işğalçı, Ukraynanı isə təcavüz qurbanı adlandırmaqdan imtina edir. Bu, 1990-cı illərdə yaranmış qlobal nizamın sona çatmaq üzrə olduğu deməkdirmi?

ABŞ hərbi yardımı dayandırdı. Bu, Ukrayna üçün nə deməkdir?

4 mart 2025, çərşənbə axşamı/17:50:48

Prezident Donald Trump-ın ABŞ-ın Ukraynaya bütün yardımını dayandırmaq qərarı təkcə Kiyevə yox, həm də Washington administrasiyasının dəstəyini davam etdirməsi üçün lobbiçilik edən Avropa müttəfiqlərinə acı bir zərbədir. İlk dəfə deyil ki, ABŞ hərbi yardımı dayandırır.

Azərbaycanda hökumət BBC Azərbaycancanın fəaliyyətini dayandırmasına göstəriş verib

20 fevral 2025, cümə axşamı/12:23:58

BBC Azərbaycan hökumətinin bu qərarını Azərbaycandan xəbər verməsinə "əngəl törədən, media azadlığına qarşı məhdudlaşdırıcı addım" kimi dəyərləndirib.

Rus əsgərləri Türkiyə-Ermənistan sərhəd-məntəqəsindən çıxdı

4 mart 2025, çərşənbə axşamı/10:47:27

Ermənistan və Türkiyə arasındakı sərhəd – keçid məntəqəsinə erməni sərhədçilər nəzarət edəcək.

Heç nə əvvəlki kimi olmayacaq – "Kral" Trump dünyanı necə dəyişəcək?

28 fevral 2025, cümə/18:10:03

Bəzən elə illər olub ki, dünya köklü və sarsıdıcı dəyişiklərdən keçib. Mənə elə gəlir ki, hələ cəmi 7 həftə keçməsinə baxmayaraq, 2025-ci ilin də belə bir il olacaq: dünyada işlərin necə getdiyinə dair bütün fərziyyələrimiz alt-üst olacaq.

Ramazanda ayı: Sahur və iftarda nə yeməli, nədən çəkilməli?

3 mart 2025, bazar ertəsi/07:56:42

Ramazan ayında, milyonlarla müsəlman oruc tutur. Bəs nəyi yemək və nələrdən çəkinmək lazımdır ki, orucu rahat tutasan?

Britaniya Rusiya təhlükəsinə görə müdafiə xərclərini artırır

27 fevral 2025, cümə axşamı/07:29:37

Keir Starmer jurnalistlərə deyib ki, bu, soyuq müharibədən bəri müdafiə xərclərinin ən böyük davamlı artımıdır.

Ermənistan sülhlə bağlı "Azərbaycandan cavab alıb"

26 fevral 2025, çərşənbə/19:18:49

"Ermənistan sülh üçün Azərbaycanın cavabını alıb", bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Ukraynanın daha bir il müharibəyə gücü varmı?

25 fevral 2025, çərşənbə axşamı/18:52:00

ABŞ yardımı dondurduqdan sonra, Ukraynanın çətin vəziyyətdə olan iqtisadiyyatı Rusiyanı daha bir il geri oturtmağa davam edə bilərmi?

Ruslar Trump və Ukrayna haqqında nə düşünür?

24 fevral 2025, bazar ertəsi/14:43:01

Donald Trump-ın Vladimir Putinlə danışmağa başladığı bir vaxtda, ruslar nələrinsə dəyişəcəyini hiss edirlərmi?

Azərbaycanda qadın jurnalistlərin azad olunması istənilir

21 fevral 2025, cümə/17:08:57

Azərbaycanda həbs olunmuş qadın jurnalistlərin azadlığa buraxılması istənilir, bu barədə Norveç Helsinki Komitəsi bəyanat yayıb.

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

19 fevral 2025, çərşənbə/11:04:57

Avropa İnsan Haqları Məhkəməsi 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderlə əlaqədar Azərbaycanı 6500 avro cərimələyib.

Britaniya Baş Naziri: "Ukraynaya qoşun göndərməyə hazırıq"

18 fevral 2025, çərşənbə axşamı/05:43:59

"Qoşunlarımızı Ukraynada yerləşdirməyə hazırıq" - Bunu Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer deyib. O bildirib ki, bu, sülh sazişinin bir hissəsi kimi Ukraynanın təhlükəsizliyini təmin etmək üçündür.

Ülviyyə: "Balacaboy olduğuma görə, lağ edənlər olur"

17 fevral 2025, bazar ertəsi/06:26:57

25 yaşlı gənc aktrisa Ülviyyə Qarayeva səhhətindəki problemlərə görə 10 yaşına qədər məktəbə getməyib. Lakin həyatda üzləşdiyi çətinliklər belə onu öz məqsədindən döndərə bilməyib.

Rəsmi Bakı Yerevanı Haaqa məhkəməsinə verib

17 fevral 2025, bazar ertəsi/05:52:03

Azərbaycan fevralın 12-də Ermənistanı Haaqadakı Daimi Arbitraj Məhkəməsinə şikayət edib ki, bu ölkə işğal zamanı "Bern Konvensiyası"nı pozub. Ermənistan tərəfi əsassız hesab etdiyi Azərbaycanın tələblərinə, o cümlədən təzminat tələbinə etiraz etmək niyyətindədir.

Gülsatan: "Hər adam bu işlə məşğul ola bilməz"

14 fevral 2025, cümə/07:43:33

"Necə yaşayırsan? Bizə danış!"ın budəfəki qəhrəmanı gülsatan Pərviz Məmmədovdur. O deyir ki, güllərlə işləməyə uşaqlıqdan başlayıb.

Putinlə danışan Trump: "Bir-birimizə gedib-gələcəyik"

14 fevral 2025, cümə/06:08:19

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. 1 saat yarım çəkən telefon söhbətində prezidentlər Ukraynada müharibəyə son qoymaq üçün danışıqların "dərhal başlayacağını" razılaşdırıb.

Azərbaycan Rusiyaya iqtisadi sanksiya qoya bilərmi?

13 fevral 2025, cümə axşamı/07:38:46

Azərbaycan və Rusiya arasında davam edən siyasi gərginliyə qarşılıqlı iqtisadi təhdidlər də əlavə olunub.

BBC Azərbaycancanın yeni layihəsi: "Xaricdə qadınlar" - Norveçdə yaşayan Aysel

13 fevral 2025, cümə axşamı/16:41:04

Aysel Əhmədli artıq 12 ildir ki, Norveçin Bergen şəhərində yaşadığını deyir.

Azərbaycanın Aşıq Qəribi haqqında filmi azərbaycanca çəkən erməni rejissor: Sovet film dahisi Paracanovun 100 yaşı tamam olur

9 yanvar 2024, çərşənbə axşamı/17:28:36

Sovet rəsmiləri tərəfindən rədd edilmiş, homoseksuallığa görə həbsə atılmış, qeyri-adi şedevr filmlərin dahisi, gözəl kinorejissor Sergey Paracanov 100 il əvvəl Tbilisidə anadan olub.

Azərbaycanda keçirilən COP29 nədir, xərcini kim çəkir, kimlər gəlib? 10 suala cavabda

20 noyabr 2024, çərşənbə/08:34:08

COP29-un Bakıda keçirilməsinə on gündən az vaxt qalıb. BBC Azərbaycanca BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 tədbiri nədir, necə keçirilir, kimlər qatılır, xərcini kim çəkir kimi suallara cavab tapmağa çalışıb.

Ruben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri

26 yanvar 2024, cümə/19:14:50

Ruben Vardanyan Qarabağda dövlət naziri vəzifəsini tutdu. Bir il sonra Azərbaycan Qarabağı geri aldı, Vardanyanın özü isə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildi. O vaxtdan bəri onun haqqında, demək olar ki, heç bir məlumat yoxdur - heç kim onun məhkəməsinin başlayacağı tarixi belə bilmir.

Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabda

3 aprel 2024, çərşənbə/11:10:38

“Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur", - həkimlər bildirir.

Azərbaycanda hansı peyvəndlər istifadə edilir?  Peyvənd nədir? 12 izah

4 dekabr 2023, bazar ertəsi/13:15:11

Bu yazıda qızılca, vərəm, meningit, polio, göyöskürək və digər xəstəliklərə qarşı peyvəndlər barədə məlumat ala bilərsiniz.

Azərbaycanda iqtidar və müxalifətin bənzərliyi: Niyə nazirlər və partiya liderləri yalnız kişilərdir?

22 yanvar 2024, bazar ertəsi/10:12:27

Azərbaycanda dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışan qadınlara nadir rast gəlinir, heç siyasi partiya sədrləri arasında da qadınlar yoxdur. BBC Azərbaycanca bunun səbəblərini araşdırıb.

Azərbaycanda həbsdəki jurnalistlərin ana və bacılarının təqaüd hesablarına niyə həbs qoyulub?

5 fevral 2024, bazar ertəsi/10:55:15

“AbzasMedia” və “Kanal13” işi üzrə həbs olunmuş jurnalistlərin bəzilərinin bütün ailə üzvlərinin hesablarına qoyulan həbslər qalmaqda davam edir. Ailələr “vəziyyətin gündən-günə çətinləşdiyini" bildirirlər. Hüquq müdafiəçiləri bunu "qisasçılıq", siyasi psixoloqlar isə "xof yaratmaq üçün mesaj" adlandırır. Ombudsman Aparatı BBC-yə məsələnin araşdırıldığını bildirib.

Ermənistan Rusiyadan nə qədər asılıdır?

4 mart 2024, bazar ertəsi/11:33:28

Ermənistan “Rusiyanın onu silahla təmin etməməsi” və bura “sərmayə qoymaması”na görə yeni təhlükəsizlik tərəfdaşları və iqtisadiyyatın diversifikasiyası axtarışındadır. Ermənistan Qərblə əlaqələri daha da yaxşılaşdırmaq niyyətini gizlətməsə də, ölkənin bir çox sahəsi Rusiyadan asılıdır.

Azərbaycanda ərzaq inflyasiyası: Yemək hazırlanma xərcləri nə qədər artıb?

1 iyun 2023, cümə axşamı/09:19:40

Azərbaycanda son illərdə ərzaq qiymətləri ardıcıl olaraq bahalaşıb, ərzaq inflyasiyası ötən il 21 faizə çatıb. Bəs, bu artım mətbəxə necə təsir edir? BBC News Azərbaycanca Azərbaycanda bəzi ənənəvi xörəklərin inqridiyentlərinin qiymətlərini hesablayıb və onun maya dəyərini əvvəlki illərlə müqayisə edib.